
İngiltərənin "Çelsi" klubu Macarıstanın "Uypeşt" komandasının yarımmüdafiəçisi, Eden Azarın kiçik qardaşı olan Kilian Azarı transfer edib.
Sportnet.az-ın məlumatına görə, "zadəganlar"ın rəsmi saytında 22 yaşlı gənc futbolçunun klubun akademiyasında oynayacağı bildirilib. Macarıstan klubunda 42 oyun keçirən futbolçu 4 qol vurub, 5 məhsuldar ötürmə edib. Eden Azarın 24 yaşlı daha bir qardaşı Torqan Azar isə Münhenqladbax "Borussiya"sında forma geyinir.
Qeyd edək ki, Kilian Azar 2015-ci ildən "Uypeşt"də oynayırdı.