
Azərbaycan Premyer Liqasının 3-cü turunda "Zirə” ilə qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan "Sumqayıt” komandası məşqləri bərpa edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün saat 19:00-da "Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb. Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev U-21 millinin heyətində olduqları üçün məşq prosesində iştirak etməyiblər. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq, komandaya qoşulub.
Qeyd edək ki, "Sumqayıt” – "Neftçi” qarşılaşması 10 sentyabr tarixində "Kapital Bank Arena”da keçiriləcək.