Norveç yığmasının futbolçusu Tarik Elyunussi "Qarabağ” klubundan təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, Yunanıstan "Olimpiakos”nun formasını geyinən 29 yaşlı yarımmüdafiəçi deyib ki, Ağdam klubundan təklif almayıb: "Transfer pəncərəsi”nin bağlanmasına saatlar qalıb. Yəni, bundan sonra mümkün deyil. Bununla yanaşı, "Qarabağ”ın yaxşı komanda olduğunu və Çempionlar Liqasında oynamaq istədiyimi söyləməliyəm”.
Qeyd edək ki, Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, "Qarabağ” "Olimpiakos”un iranlı hücumçusu Kərim Ənsarifərdlə də maraqlanır. Həmçinin digər Yunanıstan təmsilçisi PAOK-un futbolçusu Pedro Enrikenin transferi ilə bağlı da iş aparır.