İngiltərənin "Mançester Yunayted" klubu İspaniya "Real Madrid"inin gənc futbolçusu Marko Asensionu heyətinə qatmaq istəyir.
Sportnet.az "Ekspress" nəşrinə istinadən məlumat verir ki, "qırmızı şeytanlar" əla mövsüm keçirən Asensio üçün qarşı tərəfə 55 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Real Madrid"in prezidenti Florentino Peres isə 21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, Marko Asensio ötən mövsümdən "kral klubu"nda çıxış edir.