Türkiyənin "Trabzonspor" klubunun təklifini rədd edən Coze Sosa "Milan"ın iştirak ərizəsində UEFA-ya təqdim edilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisinin transfer təklifini qəbul etməyən 32 yaşlı futbolçu "Milan"da qalmağı məsləhət bilib. Belə ki, "Trabzonspor" futbolçunun keçidi üçün qarşı tərəfə 5 milyon avro təklif edirdi.
Qeyd edək ki, argentinalı futbolçu ötən ildən "Milan"da çıxış edir.