"Neftçi" klubu sentyabrın 6-da daha bir yoxlama oyunu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, "Flaqman" milli komandanın DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı ikinci yoxlama görüşünü sentyabrın 6-da əvəzedici heyətə qarşı keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.
Xatırladaq ki, komanda ilk yoxlama oyununda MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.









































































