21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, V qrupda çıxış edən yığma ikinci matçında İrlandiya kollektivini qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu Mahir Mədətov vurub. 53-cü dəqiqədə Elnur Cəfərovun qırmızı vərəqə almasından sonra Azərbaycan millisi sonadək azlıqda oynayıb.
Qeyd edək ki, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda səfərdə keçirdiyi ilk matçda İsrailə də 1:3 hesabı ilə uduzub.
Avropa çempionatı, seçmə mərhələ
V qrup
5 sentyabr
19:00. Azərbaycan - İrlandiya - 1:3
Qollar: Mahir Mədətov, 12 - Rayan Maninq, 9; 36. Riis Qreqo-Koks, 51
Qırmızı vərəqə: Elnur Cəfərov, 53 (Azərbaycan)
Azərbaycan: 12. Mustafa Kemal Ozhitay, 2. Sertan Taşkın, 3. Vüqar Həsənov, 4. Bəhlul Mustafazadə, 5. Serkan Baloğlu, 6. Alen Askerov, 8. Qismət Əliyev, 10. Elnur Cəfərov, 11. Mahir Mədətov (kap.), 17. Əlibəy Məmmədli, 18. Onur Albayrak
İrlandiya: 1 Kiran OHara, 2
Danni Keyn, 3
Kori Uilan, 4
Rayan Svini, 5
Şon Donnellan, 6
Deklan Rays, 7
Coşua Kallen (kap.), 8
Henri Çarsli, 9
Ris Qreqo-Koks, 10
Rayan Manninq, 11
Ronan Kurtis
Baş hakim: Sandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
Dördüncü hakim: Balaj Berke
Bakı. "Dalğa Arena”
Xal durumu: İrlandiya, Kosova - 9, İsrail - 3, Norveç, Azərbaycan, Almaniya - 0.