"Lazım olan diqqəti görmək istəyirəm. Səbəb pul olsaydı çoxdan gedərdim. Bu komandada layiq olduğum dəyəri görə bilmədiyim üçün getmək istəyirəm. Tək istədiyim rəhbərliyin məni dəyərləndirməsidir".
Sportnet.az-ın məlumatına görə bu sözləri Türkiyə "Antalyaspor"unun ulduz futbolçusu Samuel Eto'O yerli mətbuata açıqlamasında deyib. Hücumçu klubda ona dəyər verilmədiyini, digər futbolçularla eyni səviyyədə qiymətləndirildiyini əsas gətirərək, komandadan ayrılmaq istədiyini bildirib.
"Mən əsla problem olmamışam. İşimi necə lazımdır gördüm, uşaq deyiləm. Məni klubun heyətindəki digər oyunçularla eyni mərtəbəyə qoya bilməzlər. Bütün bunlara baxmayaraq, azarkeşlərə və kluba hörmət bəslədiyimdən qalmağı məsləhət bildim. Ancaq belə davam edə bilmərik" - deyə kamerunlu hücumçu fikirlərini ifadə edib.
Qeyd edək ki, Eto'o 2015-ci ildən "Antalyaspor"da çıxış edir.








































































