1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mançester Siti" La Liqa prezidentini məhkəməyə verir
La Liqa ilə digər ölkə çempionatları arasında baş verən anlaşılmazlıq bu qurumun prezidenti Xavyer Tebasın açıqlamaları ilə daha da gərginləşib.
Sportnet.az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi "Mançester Siti" transfer barədə onlara qarşı irəli sürülən iddialara görə, La Liqa prezidentini məhkəməyə verməyə hazırlaşır. Klubdan edilən açıqlamada Tebasın onlar haqqında səsləndirdiyi fikirlərin əsassız olduğu və bu barədə ciddi addımların atılacağı bəyan edilib. La Liqa prezidenti PSJ və "Mançester Siti"nin futboldan kənar sahələrdən əldə etdiyi yüksək qazanclarla transferlər etdiyini əsas gətirərək bunun qarşısının alınmasının vacib olduğunu bildirib. Belə ki, o, "şəhərlilər"in rəhbərliyi tərəfindən ötən ay səhmlərinin 44,3 faizi satın alınan "Xirona" klubunun da bu vəziyyətdə alətə çevrildiyini bildirib.
İspaniya təmsilçisi bu mövsüm "Mançester Siti"də çıxış edən Marlos Moreno, Aleks Qarsiya, Olerenveyu Kayode, Pablo Maffeo və Duqlas Luizi icarəyə götürüb. "Mançester Siti" isə bu komandanın 5 futbolçusu - Benjamin Mendi, Bernardo Silva, Kayl Volker, Ederson və Danilonun bir dəfəlik transferi üçün qarşı tərəfə cəmi 200 milyon avro məbləğində təzminat ödəyib.