"Çətin qrupa düşmüşük, lakin gücümüzü bilirik. Bizi "Çelsi" və "Atletiko" ilə çətin oyunlar gözləyir. "İnter"in heyətində çıxış edəndə Avropa Liqasında "Qarabağ"la da qarşılaşmışıq. Bizi ilk olaraq "Atletiko" ilə ev oyunu gözləyir. Bu görüşdə 3 xal qazanmalı və qarşıdakı oyunlarda da həmin nəticəni təkrarlamağı düşünməliyik".
Sportnet.az-ın məlumatına görə, bu sözləri İtaliya "Roma"sının braziliyalı futbolçusu Xuan Xesus ölkə mətbuatına açıqlamasında bildirib. "Qarabağ"ın da yer aldığı C qrupunda keçirəcəkləri oyunlar barədə danışan 26 yaşlı oyunçu əllərindən gələni edəcəklərini bildirib: "Qrupdakı oyunlar çox gözəl və çətin olacaq. Komanda yoldaşlarımın hər birinə güvənirəm. Biz "Roma" üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Roma" sentyabrın 27-də Bakıda "Qarabağ"ın qonağı olacaq.









































































