"Liverpul"un hücumçusu Sadio Mane avqust ayı üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı seneqallı futbolçu "Vatford"la 3:3 hesablı bərabərliyə imza atdıqları və "Arsenal"ı 4:0 hesabı ilə məğlub etdikləri oyunların sonunda azarkeşlərin səsverməsinə görə ayın ən yaxşısı seçilib.
Qeyd edək ki, Mane ötən ildən "Liverpul"da çıxış edir və çıxdığı 30 oyunda 16 dəfə fərqlənib.