1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mario Qomez: "Türkiyənin böyük heyranıyam"
"Beşiktaş" klubunun keçmiş futbolçusu Mario Qomez Almaniya mətbuatına verdiyi müsahibəsində Türkiyəyə və "qara qartallar"ın şəninə təriflər yağdırıb.
Sportnet.az-ın məlumatına görə, hazırda "Volfsburq"un heyətində çıxış edən 32 yaşlı hücumçu "Beşiktaş"da oynamaqdan olduqca məmnun qalıb: "Bu bir macəra idi. Ən azından bu şəkildə başladı. Daha sonra karyeramın ən yaxşı ili oldu, milli komandama yenidən geri döndüm. Bu mənim üçün mütləq bir qələbə idi".
Türkiyə əhalisi haqqında da fikirlərini bölüşən Qomez onları çox qonaqpərvər adlandırıb: "Türkiyə haqqında Almaniyada çox danışılır. Camaatın çox qonaqpərvər olduğunu gördüm. Mənə hər zaman kömək etdilər. Türkiyənin böyük heyranıyam".
Qeyd edək k, təcrübəli hücumçu ötən il icarə əsasında çıxış etdiyi "Beşiktaş"da 33 oyunda 26 qol vuraraq bombardir olub. Bununla yanaşı komandasının Türkiyə çempionu olmağında böyük pay sahib olub.