1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
I Divizionda mübarizə aparacaq komandalar açıqlandı
Azərbaycan I Divizionda iştirak edəcək komandaların adları təsdiqlənib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA və Peşəkar Futbol Liqasının birgə komissiyasının növbəti iclasında qərar qəbul olunub.
Həmin komandalar "Mil-Muğan”, "Qaradağ Lökbatan”, "Turan-Tovuz”, "Ağsu”, "Zaqatala”, "Vətən”, "Şüvəlan”, MOİK klublarından başqa, "Binə” və "Xəzər”dir. I Divizionda çıxış etmək hüququ qazana bilməyən "Şahdağ", "Göyəzən", "Göyçə", "Karvan", "Energetik" və "Bakılı"nın da oynaması üçün həvəskar statuslu "Region Liqası” nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. Sənədləri qəbul olunmayan klublardan "Şahdağ", "Göyəzən", "Energetik" və "Bakılı" əvvəlki mövsümlərdə I Divizionda müntəzəm mübarizə aparıb.
Qeyd edək ki, sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi. Bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla yekun qərar verib.