
Zaqatalanın "Simurq” klubu yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala şəhər stadionunda baş tutan matçda əsas komanda əvəzedicilərlə qarşılaşıb.
"1-ci komanda” hər hissədə 3 qol vuraraq yekunda 6:2 hesablı qələbə qazanıb. Əsas komandanın heyətində Məhərrəm Hüseynovun dubl etdiyi qarşılaşmada digər qolları Samir Zərgərov, Oruc Balaşlı, Draqan Çeran, Nicat Muxtarov, Stepan Polyak və Lukas Tresnak vurub.
Qeyd edək ki, Topaz Premyer Liqasının V turunda "Simurq" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq. Sentyabrın 12-də keçiriləcək matç saat 19:00-da başlanacaq.