"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycanı tərk edib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, klub rəsmisi baş məşqçi vəzifəsinə namizəd mütəxəssislərlə danışıqlar aparmaq üçün xaricə yollanıb.
Nəcəfovla əlaqə saxladıqda, ölkədən kənarda olduğunu təsdiqləyib. O, Sportnet.az-a açıqlamasında yeni baş məşqçinin yaxın günlərdə açıqlanacağını söyləyib: "Avropadan, o cümlədən MDB məkanından olan bir neçə mütəxəssislə təmas qurub, birinin üzərində dayanacağıq. Yaxın 4-5 gün ərzində baş məşqçi sualına aydınlıq gətiriləcək”.
Qeyd edək ki, "Qəbələ"nin baş məşqçi postu Yuri Syominin istefasından sonra boşalıb.