Sentyabrın 18-dən Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
Sportnet.az-ın məlumatına görə, zədəli olduğu üçün Tərxan Mehdiyev ("Pole Espoirs”, Fransa) hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə "Zirə”dən Samir Qurbanov dəvət edilib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































