Oktyabrın 5-də futbol üzrə Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Pxenyanda keçirilməli olan Şimali Koreya – Malayziya görüşü təxirə salınıb.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Malayziyanın öz vətəndaşlarına Şimali Koreyaya səfər qadağası tətbiq etməsidir.Bu matç daha əvvəl də iki ölkə arasında münasibətlərin pis olması üzündən 2 dəfə təxirə salınıb. Bu il martın 28-nə təyin olunan qarşılaşma iyunun 8-nə ertələnib.









                 





    
    
    
    
    
    
    
    
    




















































