1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin jestinə layiqli cavab
"Səbail"lə keçirdiyi Topaz Premyer Liqasının VIII tur matçının ilk yarısı "Neftçi"nin 2 futbolçusu üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, qolları vuran İqnasio Errera və Uqo Barqas klubla müqaviləni mövsümün sonunadək uzatdıqdan 2 gün sonra qol vurublar.
Beləliklə, onlar flaqman rəhbərliyinin addımına meydanda da lazımınca reaksiya veriblər. Digər tərəfdən, Errera "Səbail"i 30 yaşının tamamından 1 gün sonra məyus edib. Bu, onun cari mövsümdə ilk qolu olub. Barqas isə 2-ci dəfə fərqlənib.
Qeyd edək ki, ilk yarıdan sonra "Neftçi" 2:0 hesabı ilə öndədir.