1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Uqo Barqas: "Səbail”ə daha çox vura bilərdik"
"İlk on dəqiqəni ürəyimiz istəyən kimi başlaya bilmədik. Çünki adi epizodlarda ötürmə səhvləri edir, sadə epizodlarda topu itirirdik. 10-cu dəqiqədən sonra komandamız özünə gəldi və öz oyununu tapdı".
Sportnet.az-ın məlumatına görə bunu "Neftçi”nin futbolçusu Uqo Barqas səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VIII tur qarşılaşmasından sonra jurnalistlərə açıqlamasında deyib.
Fransalı hücumçu bildirib ki, görüşün gedişinə nəzarət edən tərəf flaqman olub: "Oyundan-oyuna artım hiss olunur. Komandada birlik var. Bu da oyunumuza müsbət təsir göstərir. Rəqib komandanın qapısı qarşısında çoxlu qol epizodları yaratdıq. Bunların 4-dən yararlana bildik. Daha çox qol vura bilərdik. "Neftçi” azarkeşlərini təbrik edirəm".
31 yaşlı forvard "Neftçi”nin heyətində ilk "dubl"unu etdiyi üçün çox sevindiyini söyləyib: "İnanıram ki, bundan sonra daha çox qol vurub komandama xeyir verəcəyəm. Ötən mövsüm az şans qazanırdım. Davamlı olaraq əsas heyətdə çıxış etmir, sonradan oyuna daxil olurdum. Bu da mənim formamı yaxşı saxlamağıma təsir göstərirdi. Son 3 oyunda baş məşqçimiz Tərlan Əhmədov mənə inanır, hər oyunda ilk "11-lik”də meydanda oluram. Bu da mənə əlavə motivasiya verir. Oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışacağam".
Barqas milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilənin "Neftçi"nin xeyrinə işlədiyini vurğulayıb: "Komandamızda fiziki cəhətdən axsaqlıq var idi. Milli komandaların oyunlarına görə yararan fasilədən istifadə edib çatışmazlığı aradan qaldırmağa çalışdıq. Öz üzərimizdə işlədik və onun nəticəsini oyun ərzində gördük. Nəinki fiziki cəhətdən, hətta oyun baxımından da artım var. Bütün bunların hamının istəkli olmağımızdan irəli gəlir. Birlik bizim oyunumuza çox təsir göstərdi".
Hücumçu gələn tur "Kəpəz”lə səfərdə keçirəcəkləri qarşılaşma haqqında da danışıb: "Sabahdan növbəti oyuna hazırlıq başlayacaq. Komanda şəklində bu matça yaxşı hazırlaşmalıyıq. Gəncədəki görüş çətin olacaq. Komanda üçün hər birimiz əlimizdən gələni etməyə çalışacağıq".
Qeyd edək ki, Uqo Barqas "Səbail"lə görüşdə 32 və 77-ci dəqiqələrdə fərqlənib.
Təbriz QULİYEV