1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "Premyer Liqada 14 klub olmalıdır"
"Azərbaycan klubları təkcə Bakını yox, regionları da təmsil etməlidirlər. Premyer Liqadakı klubların sayının artırılmasının vacibdir”. Sportnet.az xəbər verir ki, bunu "Report”a gənclər və idman naziri Azad Rəhimov deyib.
O, problemin həllinin sponsorlardan asılı olduğunu açıqlayıb: "Bu iş tam şəkildə sponsorların əlindədir. Sponsorlar tapılmalı, cəlb olunmalıdırlar. Klubların sayı heç olmasa, 14-ə çatdırılmalıdır ki, sonra onların futbolçularından yığma komanda formalaşa bilsin".
Hökumət rəsmisi Futbolun İnkişafına dair yeni Dövlət Proqramının qəbulunun zəruriliyini bildirib. A.Rəhimov nazirliyin bu istiqamətdə gördüyü işlərdən danışıb: "Biz daim uşaq və gənclər futbolunun inkişafı ilə məşğul olur, zona yarışları keçiririk. İspaniyanın "Real Madrid” klubu ilə birgə məktəb təşkil etmişdik. Həmin klub işin davam etdirilməsi ilə bağlı yeni təklif irəli sürüb. Düşünürəm ki, bu layihəni davam etdirəcəyik. Madriddən məşqçilər gələrək, uşaqlarla məşğul olacaqlar. İngiltərənin "Mançester Yunayted" klubu da Azərbaycanda məktəb açıb, akademiya fəaliyyət göstərir. Yəni, addımlar atılır, işlər gedir".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8, I Divizionda 10 klub mübarizə aparır.