"Neftçi” Topaz Premyer Liqasının X turu çərçivəsində qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığına start verib. 
Sportnet.az xəbər verir ki, ardıcıl 3 oyundur qalib gələn "ağ-qaralar”ın məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olub.
Qeyd edək ki, "Neftçi” – "Sumqayıt” matçı oktyabrın 29-da "Bakcell Arena”da keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    
    






















































