Topaz Premyer Liqasının X turunda "İnter” ilə oynayacaq "Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, "Neftçi”yə qarşı oyundan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.
Komanda "Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir.
"Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda saat 11:30-da olacaq.
Qeyd edək ki, "İnter" - "Kəpəz" matçı oktyabrın 28-də keçiriləcək.