İtaliya A Seriyasında 2-ci turun oyunları davam edir. Spornet.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "İnter" bu gün meydana çıxıb.
"Nerazzurrilər" ilk turda heç-heçə etmiş "Sassuolo" ilə üz-üzə gəlib. Görüş "İnter"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Qollardan 3-ünü Mauro İkardi 4-cü, 30-cu və 53-cü dəqiqələrdə vurub. Pablo Osvaldo 43 və 52-ci dəqiqələrdə dubl etdiyi halda, qalan qolların müəllifi 21-ci dəqiqədə Mateo Kovaçiç, 74-cü dəqiqədə isə Freddi Quarin olub.
13 sentyabr
21:00. "Empoli" - "Roma" 0:1
23:45 "Yuventus" - "Udineze" 2:0
14 sentyabr
15:30 "Sampdoriya" - "Torino" - 2:0
18:00 "Kalyari" - "Atalanta" - 1:2
18:00 "Fiorentina" - "Cenoa" - 0:0
18:00 "İnter" - "Sassuolo" - 7:0
18:00 "Latsio" - "Çezena" - 3:0
18:00 "Napoli" - "Kyevo" - 0:1
23:45 "Parma" - "Milan" - 4:5
15 sentyabr
23:45 "Verona" - "Palermo"