
Bu gün 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda ilk turun oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Bayıl stadionunda baş tutan oyunda Azərbaycan milli komandası ukraynalı həmyaşıdlarına minimal hesabla məğlub olub. Görüşdə vurulan yeganə qolu yığmamızın qapısından matçın 64-cü dəqiqəsində Viktoriya Qolovaç keçirib.
Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 15-də Danimarka yığma komandasına qarşı keçirəcək.