Topaz Premyer Liqasının X turunda "Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.
O, futbolçu təxminən 20-25 gün məşq edə bilməyəcək. Diniyevin sağ dizi burxulub. Bundan əlavə, menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə var.







































































