1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "İstəkli, aqressiv və düzgün oynamalıyıq" - MÜSAHİBƏ
"Güclü komandaya qarşı oynayacağıq. Rəqib gücünü Bakıda göstərdi. Çox istəkli oyunçuları var. Ağır oyun olacaq. Çalışacağıq ki, sonadək mübarizə aparaq. Rəqib haqda çox söz deməyə ehtiyac yoxdur. Belə bir stadionda "Atletiko"ya qarşı oynamaq bizim üçün böyük təcrübə olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletiko"ya qarşı oynayacaqları Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.
Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Sabah "Atletiko"ya qarşı hansı hədəf üçün meydana çıxacaqsınız?
- Çox ciddi problemlərimiz var. Rəqibin də son oyun kimi çıxacaqları yönündə açıqlamalarını görmək lazımdır. İlk növbədə istəkli, aqressiv və düzgün oynamalıyıq. İlk növbədə rəqibin hücumlarının qarşısını almaq və sonra düşündüyümüz hücumlar qurmaq istəyirik. Düşündüyümüzü etsək, nəticə əldə etmiş olacağıq.
- Pedro Enrike sabah oynayacaqmı?
- Hələ deyə bilmərəm. Hakimlərlə məsləhətləşdikdən sonra qərar verəcəyəm.
- "Atletiko" üçün həyati əhəmiyyətli matç olduğu deyilir. Bəs siz rəqibi nə ilə təəccübləndirə bilərsiniz?
- Təəccübləndirmək bəlkə də düzgün çıxmaz. Amma "Atletiko" heç bir oyunda istəksizlik olmayıb. Onlara qarşı həddən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan yararlanmadılar. Amma onlar kimi biz də soyuqqanlı olmalı, topla davranışda düzgün oynamalı, top itirməməyə çalışmalıyıq. Biz də istəkli və soyuqqanlı olmalıyıq. Görək nə dərəcədə alınacaq. Çoxlu sayda azarkeş qarşısında oynayacağımıza baxmayaraq, bunu bacaracağımıza inanırıq.
- İlk 3 turdan sonra "Atletiko"nun cəmi 2 xal olacağını gözləyirsiniz?
- Rəqib bu il cəmi bir oyunda "Çelsi" ilə qarşılaşmada uduzub. Bu, komandanın gücündən və qalib gəlmək istəyindən xəbər verir. Məncə, daha istəkli və aqressiv olacaqlar. Hansı sürprizi hazırladıqları və necə hazırlaşdıqları sabah bilinəcək. Futbolçularımız onların düşüncələrinin qarşısını almalıdırlar. Düşünürəm ki, xal azlığı onları daha da irəli atmağa vadar edəcək.
- "Qarabağ" rəqibindən ustalıq səviyyəsində və təcrübə baxımından geri olsa da, Bakıda əzmkarlığı ilə "Atletiko"nu büdrətdi. Sabah da eyni amillə rəqibin texniki imkanlarına təsir etmək olar?
- Bakıda bəzi epizodlarda biz məğlub olsaq da, ustalıq səviyyəsi hesabına burada bundan yararlana bilərlər. Hər bir halda, "Atletiko" bizdən üstündür. Bunu real qəbul etməliyik. Bizim isə əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bu komponent, çəkinmədən oynamaq hesabına kompensasiya etməliyik. Çəkinmədən mübarizə aparmağa çalışacağıq.
- Adətən bir neçə mövqedə səhv olanda, onu bağlamağa çalışırsan. "Qarabağ"ın hər mövqedə itkinizin olmazı sizi düşündürmür?
- İtkilərdən heç vaxt narahat olmamışam. Nə qədər sağlam oyunçumuz olsa, variantlarımız da olacaq. Amma yetərincə təcrübəli oyunçularımız var. Eyni dərəcədə məsuliyyət futbolçuların üzərinə düşür. Meydana çıxan futbolçu oyun nizamını qorumalıdır. İnanıram ki, sabah meydana çıxacaq futbolçu kollektivə daha faydalı olmağa çalışacaq. Bəlkə də karyeralarının ən diqqətli oyunu olacaq.
- "Qarabağ"ın tərəfində olan hansısa cəhət varmı ki, sabah sizə nəticə baxımından üstünlük versin?
- Məncə, hamımız inanmalı, ümidli olmalıyıq. Yəqin ki, bizi az tanımırsınız. Həmişə nəticə üçün əlimizdən gələnin artığını etməyə çalışmışıq. Bakıdakından daha çox hərəkət etməli, daha məsuliyyətli olmalıyıq. Tam məsuliyyətlə hazırlaşırıq. Sabah meydana çıxan hər bir futbolçu nəticə üçün əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.