1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Svanadze ilə Məmmədovun fərqi yoxdur" - MÜSAHİBƏ
"Keşlə"nin qapıçısı Orxan Sadıqlı səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Sadıqlı əvvəlcə oyun barədə danışıb...
- Rəqibə hörmət edirik. Qələbə münasibətilə "Sumqayıt"ı təbrik edirik. Sadəcə, bir az diqqətli olsaydıq, qalib gələrdik. Bəxtsizlik, şansızlıq neçə oyundur davam edir. Çıxış yolu tapmaq lazımdır. Amma bilmirəm ki, necə tapacağıq.
- Bəlkə problem komandadaxili ab-havaya görədir?
- Hamının münasibəti bir-biri ilə yaxşıdır. Komanda qruplaşma yoxdur. Demək olar ki, hamı azərbaycanlıdır. Cəmi iki legionerimiz var. Onları da bizimki saymaq olar. Sadəcə, "qara zolaq"dayıq və burdan çıxmaq lazımdır. Vaxtımız var. Çempionatda fasilə yaranacaq. Biz də bu fasilədən istifadə etməliyik.
- "Xəzər Lənkəran"da da Adrian Skarlatake və Denis Silva Kruzla birlikdə oynamısan. Orada da bu futbolçulardan belə səhvlər görmüşdün?
- Müdafiə ilə qapı elə bir yerdir ki, müdafiəçilərdən arxada mən, məndən sonra isə qapı torudur. Biz səhv edəndə bir az qabardılmış görsənir. Onlarla da söhbət edəndə komandaya kömək etmək istədiklərini deyirlər. Amma gah topu uzaqlaşdırmaq istərkən, qapıya vurduqlarını, gah da topun onlara dəyib qapıya daxil olduğunu söyləyirlər. Özləri də nədən belə olduğunu bilmirlər.
- Amma topun arxasınca qaçıb çatmaq olardı...
- Top ayağıma dəydi. Mən çönəndən sonra qapıya daxil oldu. Gördüm ki, heç kim topa tərəf getmir. Bilmirəm. Mən ona nəsə desəm, haqsızlıq olar. Bəlkə də elə düşünürdü ki, çatmayacaq. Amma nəsə edib bu vəziyyətdən çıxmaq lazımdır. Bir qələbə ilə özümüzə gələ bilərik.
- Fasilə komandaya kömək ola bilər?
- Məncə, kömək edəcək. Baş məşqçi təzə gəlib. Bu müddətdə nə məşq keçə bilər? Sadəcə, texniki və mövqe məşqləri keçib. Yenə deyirəm, pis oynamadıq. Sadəcə, bəxtimiz gətirmədi. Burdan 1:4, 1:55 hesabı ilə uduzaraq da, 3 xal alaraq da gedə bilərdik. Qısa müddətdə həll yolunu tapıb vəziyyətdən çıxmaq lazımdır.
- Səncə, baş məşqçi dəyişikliyinə ehtiyac var idi?
- Futbola reallıqla baxmaq lazımdır. Biz 7 oyundur qələbə qazana, 4 oyundur qol vura bilmirdik. Bu rəhbərliyin qərarıdır. Biz ona qarışa, mənfi və ya müsbət rəy verə bilmərik. Bizim işimiz stadiondadır. Şəxsən mənim üçün Zaur Svanadze ilə Ramiz Məmmədovun fərqi yoxdur. Öz işimi ədalətli şəkildə görməyə çalışıram. Meydanda komanda üçün nə lazımdırsa edirəm. Bütün uşaqlarla bu barədə danışırıq. Yenə deyirəm komandada nəsə çatmır. Ya ab-havadandır, ya da "qara zolağ"a düşmüşük. Bir yol tapıb burdan çıxacağıq. Qələbə qazanıb özümüzə gələcəyik.
- Toyuna hazırlaşa bilirsən?
- (gülür - red.) Artıq yavaş-yavaş hazırlaşıram. Sağ olsun rəhbərlik. Maaşlarımız verilir. Bu, Zaur Axundovun problemi deyil. 2016-cı ilin dekabrından maaşlarımız gecikirdi. Klubda prezident dəyişiklikləri oldu. Biri gəldi maaşımızı vermədi, digəri gecikdirdi. Zaur müəllim gəldikdən sonra çalışıb-əlləşir ki, bizə pul-para versin. Borclarımızın yarısını verib. Oktyabr maaşı qalıb. Bu yaxınlarda verəcəklər. Pul məsələsi qalsın qırağa, şəxsən mənim karyeram gedir. Hansı oyuna çıxıramsa, uduzuram. Bu da mənə pis təsir edir. İndidən sonra yaxşı hazırlaşıb qələbə qazanmaq lazımdır. Başqa variant yoxdur.