Topaz Premyer Liqasında XI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyunda "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Riçard Qadze vurub.
Bununla da "Neftçi"nin 4 oyunluq qələbə seriyasına son qoyulub. Üstəlik, flaqman "Zirə" ilə 10-cu oyununda da meydanı qalibiyyətsiz tərk edib. Hazırda 13 xala malik "ağ-qaralar" 5-ci pillədə qərarlaşıb. Xallarını 24-ə çatdıran "Zirə" isə 2-ci pilləyə qayıdıb.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" evdə "Səbail"i, "Sumqayıt" "Keşlə"ni 3:1, "Qarabağ" səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yenib.
------------------------------------------------
Topaz Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, lider "Qarabağ" Gəncədə autsayder "Kəpəz"in qonağı olub.
Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 41-ci dəqiqədə Elvin Yunuszadə, 43-cü dəqiqədə isə Miçel vurub.
27-ci dəqiqədə "Kəpəz"in hücumu zamanı "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə təkbətək çıxan Viktor Oseqeyl yerə yıxılıb. Baş hakim Rəhim Həsənov əvvəlcə penalti nöqtəsini göstərib. Lakin qonaq komandanın etirazından və köməkçiləri ilə məsləhətləşdikdən sonra FİFA referisi qərarını dəyişdirib.
Bu qələbə sayəsində "Qarabağ" xallarını 25-ə çatdırıb və yenidən vahid liderə çevrilib. Üstəlik, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda bir oyunu var. "Kəpəz" isə 7 xalla sonuncudur.
Qeyd edək ki, turun ilk 2 oyununda "Qəbələ" "Səbail"i, "Sumqayıt" "İnter"i eyni hesabla yenib - 3:1. Tura bu gün saat 17:00-da başlanacaq "Zirə" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
----------------------------------------------
Bu gün keçiriləcək daha 2 oyunla Topaz Premyer Liqasında XI tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, turun ikinci oyun günündə əvvəlcə "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcəklər.
Gəncə şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək. 9 turdan sonra "Qarabağ" 22 xalla 1-ci, 10 oyundan 8 xal toplayan "Kəpəz" 8-ci pillədə qərarlaşıb. Bu komandalar indiyədək 46 dəfə üz-üzə gəlib. 14 matçda Gəncə, 23 görüşdə Ağdam komandası qələbə qazanıbsa, 9 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "Qarabağ" öndədir - 63:54. Son 4 oyunda Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qalib gəlib. Ümumilikdə "Kəpəz” 21 oyundur qələbə qazanmır.
Günün digər görüşündə "Zirə" "Neftçi"ni sınağa çəkəcək. 10 turdan sonra "Zirə"nin 21, "Neftçi"nin 13 xalı var. Bu, iki komanda arasında yubiley - 10-cu oyun olacaq. Əvvəlki 9 matçın 7-də "Zirə" qalib gəlibsə, 2 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbəti 13:3-dür. Son 5 qarşılaşmada "Zirə” qələbə qazanıb. Beləliklə, "Neftçi" meydana rəqibi üzərində ilk, Premyer Liqada isə ardıcıl 5-ci qələbə üçün çıxacaq. Buna nail olacağı halda, flaqman yenidən 4-cü pilləyə yüksələcək.
Topaz Premyer Liqası, XI tur
5 noyabr (bazar)
15:00. "Kəpəz” – "Qarabağ” - 0:2
Qollar: Elvin Yunuszadə, 41. Miçel, 43
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
17:00. "Zirə” – "Neftçi” 1:0
Qol: Riçard Qadze, 29
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Səbail"i, "Sumqayıt" "İnter"i eyni hesabla yenib - 3:1.