
Türkiyənin tanınmış jurnalistlərindən hesab olunan Mehmet Demirkol maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, şərhçi NTVSpor kanalında yayımlanan "Spor Servisi" verilişində "Fənərbağça" klubu haqqında önəmli ifadələr işlədib. O deyib: "Fənərbağça"da heç kim uğur qazana bilməz. Messi də gəlsə uğur olmayacaq. Komandaya çox yaxşı yarımmüdafiəçi lazımdır".