
Topaz Premyer Liqasının VI turunda "Araz Naxçıvan”ı qəbul edəcək "Xəzər Lənkəran" hazırlığını təmsil etdiyi şəhərdə davam etdirir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-yaşıllar" Lənkərandakı bazasında iki gündür məşqlərini bərpa edib.
Bu gün axşam hazırlığından sonra cənub komandası sabah oyunöncəsi məşqini də tamamlayıb matç saatını gözləyəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran”-"Araz Naxçıvan” matçı sentyabrın 20-də saat 19.00-da start götürəcək və "Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.