
"Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlamaq əsas hədəfimiz idi. Qrupun bütün oyunlarına ciddi hazırlaşacağıq".
Sportnet.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasında F qrupunda mübarizə aparan "Qarabağ"ın rəqibi "İnter"in baş məşqçisi Valter Massari deyib. 52 yaşlı mütəxəssis İtaliya A Seriyası ilə yanaşı, Avroliqada da uğurlu nəticə qazanmaqlarının əsas məqsəd olduğunu bildirib:
"Palermo" ilə oyundan sonra yenidən Avopa Liqası barədə fikirləşəcəyik. Bütün oyunlar bizim üçün vacibdi. Xüsusən avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Ümid edirəm ki, qrupun digər matçlarında da azarkeşlərimizi sevindirə biləcəyik".
Qeyd edək ki, ilk turda səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gələn Milan klubunun növbəti rəqibi "Qarabağ" olacaq. Oyun oktyabrın 2-də İtaliyada keçiriləcək.