1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Həmin qələbəni unudub, "Neftçi" ilə görüşə köklənmişik"
Premyer Liqanın VI turunda doğma azarkeşləri qarşısında "Neftçi”ni qəbul edəcək "Qəbələ” meydana 3 xal üçün çıxacaq. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunun "qırmızı-qaralar”ın təcrübəli futbolçusu Ruslan Əmircanov deyib:
"Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır. Matça yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdür, "Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni oyunçuları olduğundan, belə təhlil zəruridir. Rəqib güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra da "Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəldiyimiz üçün komandamızda hazırda yüksək ab-hava hökm sürür. Amma həmin qələbəni unudub, "Neftçi" ilə görüşə köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”.