Dünən UEFA-nın İsveçrədəki mənzil-qərargahında keçirilən növbəti konfransda maraqlı qərarlar qəbul edilib. Sportnet.az qurumun rəsmi internet saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi menecer-agentlərlə bağlı sərt təklif irəli sürüb.
Komitə oyunçu transferi zamanı futbolçuların hüquqlarının üçüncü şəxslər tərəfindən kobudcasına pozulma hallarını nəzərə alaraq bu məsələdə FİFA-ya müraciət ünvanlayıb. Məqsəd futbolçuların hüquqlarının tam şəkildə qorunması, transferlər zamanı yarana biləcək süni problemlərin qarşısını vaxtından əvvəl almaqdı. İclasda vurğulanıb ki, UEFA bununla bağlı artıq zəruri tədbirlərə başlayıb və FİFA-nın da belə yolverilməz situasiyalara görə dəstək nümayiş etdirəcəyi, sərt və yekun qərar verəcəyinə inanırlar.