"Seçmə mərhələ oyunlarına çox ciddi hazırlaşırıq. Qrupun favoriti olsaq da, rəqiblərimizi kiçiltməməliyik”. Bunu İtaliya millisinin baş məşqçisi Antonio Konte AVRO-2016-nın seçmə mərhələsindəki rəqibləri haqda danışarkən deyib.
O bildirib ki, qrupda Azərbaycan və Maltanı asan rəqiblərdir: "Bu komandalar digərləri ilə müqayisədə daha asan rəqiblərdir. Amma onları da siyahıdan silmək olmaz. Futbolda istənilən nəticə ilə üzləşmək mümkündür. Bizim yığma dünya çempionatında uğursuz çıxış etdi. Mən isə yeni bir səhifə açmaq üçün gəlmişəm. Hazırda əsas hədəfimiz qrup mərhələsində lider olub, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Norveçlə qarşılaşmada yaxşı oyun göstərib qalib gəldik. Bunun ardını gətirməliyik. Qarşıda Azərbaycan və Malta ilə matçlarımız var. Həmin qarşılaşmalarda da qalib gəlməliyik”.

Qeyd edək ki, İtaliya – Azərbaycan qarşılaşması oktyabrın 10-da İtaliyada, Palermo şəhərindəki "Rentso Barbera” stadionunda keçiriləcək (apasport.az).