İtaliya A seriyasında 3-cü tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "İnter" "Palermo"nun qonağı olub.
"Rentso Barbera" stadionunda keçirilmiş qarşılaşmada qalib müəyyənləşməyib. Hələ 3-cü dəqiqədə "Palermo"nun futbolçusu Franko Vaskes hesabı açıb. Lakin 42-ci dəqiqədə Mateo Kovaçiç bərabərliyi təmin edib. Bununla da xallarını 5-ə çatdıran "İnter" şərikli liderlər "Roma" və "Yuventus"un 4 xal gerisinə düşüb.
Turun nəticələri:
20 sentyabr
"Milan" - "Yuventus" - 0:1
21 sentyabr
18:00. "Cenoa" - "Latsio" - 1:0
18:00. "Roma" - "Kalyari" - 2:0
18:00. "Sassuolo" - "Sampdoriya" - 0:0
21:00. "Atalanta" - "Fiorentina" - 0:1
21:00. "Udineze" - "Napoli" - 1:0
23:45. "Palermo" - "İnter" - 1:1
23:45. "Torino" - "Verona" - 0:1