Azərbaycan çempionu "Qarabağ” üçün Topaz Premyer Liqasının VI turu uğurlu alınıb. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Zaqatalanın "Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb.
Son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn "Qarabağ” 672 gündən sonra rəqibini məğlub edə bilib. Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan "Qarabağ” bu dəfə Vüqar Nadirovla "Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |