"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını bir günlük istirahətdən sonra bərpa edib.
Sportnet.az-ın məlumatına görə, komanda üzvləri yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb.
Zədəli Ansi Aqolli isə fizioterapevt çalışmaları altında fərdi məşqlə kifayətlənib.
Günün ikinci məşqi isə yerli vaxtla saat 17:00-a təyin olunub.