İtaliya milli komandası Azərbaycan və Malta yığmaları ilə 2016-cı il Avropa çempionatının seçmə qrup matçı öncəsi daha bir itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, "Parma"da çıxış edən müdafiəçi Qabriel Palettanın bərpa kursu müsbət nəticə verməyib.
Paletta bu gün onurğa sütununun bel nahiyəsindən əməliyyat olunacaq. Bərpa müddəti hələlik məlum deyil.
Qeyd edək ki, Argentina əsilli Qabriel Paletta bu ildən İtaliya yığmasına çağırılmağa başlayıb. O, "Skuadra Adzurra"nın heyətində 3 oyun keçirib. Palettanın debütü DÇ-2014-də İngiltərəyə qarşı olub. İtaliya yığması millimizlə oktyabrın 10-da Palermoda, Malta ilə oktyabrın 13-də Ta Qalidə üz-üzə gələcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |