1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mirabdulla Abbasov: "Bu, Tərlan Əhmədovun fikridir" - MÜSAHİBƏ
"Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun sabiq komandası "Sumqayıt"la fevralın 17-də keçirəcəkləri Topaz Premyer Liqasının XVI tur matçından əvvəl Sportnet.az-a müsahibəsi
- Ağır təlim-məşq toplanışından sonra Topaz Premyer Liqasının XV turunda "Kəpəz”ə qalib gəldiniz və komandanızın yeganə qolunun müəllifi oldunuz. Bu qələbə komandaya rahatlıq gətirməyib?
- Qələbə psixoloji cəhətdən komandaya çox vacib idi. "Kəpəz”i yenməklə bunun öhdəsindən gəldik.
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Cari mövsümdə artıq sabiq komandanıza qol vurmusunuz. "Sumqayıt"la görüşlər sizin üçün xüsusi əhəmiyyət daşımır?
- Xeyr. Hər şeyə görə "Sumqayıt” klubuna minnətdaram. Vaxtilə "Neftçi”də əldə edə bilmədiyim oyun müddətini orada artıqlaması ilə almışam. Bu, futbolçunun "artırması” üçün önəmli amillərdəndir. Qismət olsa, komandamın qələbə qazanması və turnir cədvəlində irəliləməsi üçün əlimdən gələni edəcəyəm.
- Tərlan Əhmədov "Kəpəz"lə oyundan sonra bildirib ki, sizi əvəzetmədən oyuna qoşulanda daha effektli olursunuz. Bununla razısınız?
- Bu, baş məşqçinin fikridir. Özümü hazır hiss edə bilərəm, lakin Tərlan müəllim kənardan daha yaxşı görür. Hər seçiminə hörmətlə yanaşıram. İstəyir 5 dəqiqə oynayım, istəyir 90 dəqiqə, vəzifəm meydana çıxıb komandamın uğuru üçün əlimdən gələni etməkdir.
- Baş məşqçiniz həm də sizin 20 dəqiqəlik futbolçu olduğunuzu söyləyib...
- Hər futbolçunun nəyə qadir olduğunu və komandaya maksimum necə fayda verə biləcəyini baş məşqçi daha yaxşı bilir. Mən də əlimdən gələni edirəm ki, baş məşqçinin etimadını doğruldub əsas heyətdə yerimi daha da möhkəmləndirim və ən əsası, meydanda olduğum müddətdə komandama mümkün qədər xeyir verim. Hər oyunda əsas məqsədimiz qələbə qazanmaqdır. "Kəpəz”lə oyunda da qalib gəldik. Fərqi yoxdur qolu mən vurdum və ya başqa komanda yoldaşım.
- "Neftçi” az oyun vaxtı almağınız milli komandaya düşməyinizə problem yaratmayacaq?
- Millidə oynamaq hər bir futbolçunun arzusudur. Meydanda olduğum vaxtda özümü yaxşı tərəfdən göstərə bilsəm, düşünmürəm ki, hər hansı problem yarana.
- Qış fasiləsindən sonra Premyer Liqada qalib gələn yeganə komanda oldunuz. Halbuki, Antalya toplanışındakı bütün görüşlərinizi uduzmuşdunuz. Bu isə müəyyən söz-söhbətlərə gətirib çıxarmışdı...
- Komandamızda gözəl dostluq ab-havası var. Hər bir futbolçu komanda yoldaşının səhvini düzəltməyə, bir-birinə kömək etməyə çalışır. Biz bir ailəyik. Jurnalist dostlardan xahiş edirəm ki, mənim sözlərimi hər zaman dediyim kimi yazsınlar, hər hansı fikri pis mənaya yozmasınlar. Komandamızda hamının bir-biri ilə münasibəti əladır. O cümlədən də baş məşqçi ilə futbolçuların. İndi bütün fikrimiz "Sumqayıt”la oyuna yönəlib. Hamımız bu prinsipial qarşılaşmada qələbəyə köklənmişik. Hamıdan bir daha xahiş edirəm ki, hər hansı sözlərimizdə pis yox, əksinə, yaxşı məna axtarsınlar. İstənilən pis və yalan yazının futbolçunun ən azı özünə böyük psixoloji zərbə olduğunu düşünsünlər. "Neftçi” futbolumuz üçün müqəddəs addır. Ən azı bu ada hörmətlə yanaşmalıyıq.