
"Neftçi"nin sabiq futbolçu Daniel Seqoviyanın sabiq klubu Avstriya "Sankt Pölten"inə qayıtmamasının səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Budesliqa təmsilçisinin idman direktoru David Vimletner açıqlama verib. O bildirib ki, danışıqlar müqavilə müddətində razılığa gəlinməməsi üzündən müsbət nəticələnməyib: "Biz ispaniyalı hücumçuya yalnız yayadək əmək haqqı ödəmək iqtidarında olduğumuzu dedik. O isə uzunmüddətli müqavilə bağlamağımızı istədi. Nəticədə danışıqlarımız baş tutmadı".
Qeyd edək ki, Daniel Seqoviya "Neftçi"də 2017-ci ilin fevralından 2018-ci il yanvarın 29-dək forma geyinib. Fevralın 15-də isə Seqoviya Hindistan Super Liqasında çıxış edən "Benqaluru" klubu ilə müqavilə bağlayıb.