1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: “Məni Qəbələdə heç kim döyməyib” - MÜSAHİBƏ
"Zirə”nin baş məşqçisi Ayxan Abbasovun Sportnet.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XVI turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduğunuz oyundan sonra döyüldüyünüzə dair xəbər yayılıb. Bu barədə nə deyə bilərsiniz?
- Orada heç kim məni döyməyib. Bu, şişirdilmiş məlumatdır. Oyundan sonra paltardəyişmə otağımızın qarşısında mübahisə oldu. Bu da normaldır. Belə hadisələr futbolda baş verə bilər. "Qəbələ" klubunun vitse prezidenti Fariz Nəcəfov da orada idi. Onunla bu barədə danışdıq. Heç bir problem yoxdur.
- Mübahisə hansı səbəbə görə başladı?
- Səbəb odur ki, meydanda futbolçular arasında gərginlik baş verdi. Bizim futbolçunun dediyinə görə, rəqib irqçi ifadələr işlədirdi. Bu, onların öz aralarındakı mübahisə idi. İki futbolçu arasında olan söhbət bir az böyüdü.
- Hadisə ilə bağlı şikayət edəcəksiniz?
- Xeyr. Kimə şikayət edəcəyəm ki?
- Peşəkar futbol Liqasına...
- Heç bir şikayətim yoxdur.
- Mətbuat konfransında sərt açıqlamalar verdiniz. Paltardəyişmə otağınızın önündə rəqib komandanın insident yaratdığını söylədiniz...
- Onu indi də deyirəm. Şikayətimi kimə ünvanlayım? Bunu hamı görür. Qəbələdə PFL-in də əməkdaşı var idi. O işlərə mən baxmıram.
- O hadisəni oyunun protokolunda qeyd etdilər?
- Bu barədə məlumatım yoxdur. Mən dediyimin üstündə dururam. Yenə də deyirəm: Ruslan Qurbanov oyun ərzində bizim futbolçunu təhqir edirdi.
- Futbolçunuz Riçard Qadzenin dediyinə görə, Qurbanov irqçi fikirlər səsləndirib...
- Bəli. Futbolçular da bunu təsdiqləyir. Ona görə də əsəbiləşmişdilər. Mən öz futbolçularıma tapşırdım ki, nə olsa belə, səbrli olmalıyıq. Amma bəzi sözləri özüm də eşitmişəm. Əminliklə deyə bilərəm ki, bizim futbolçulara söyüş söyülüb.
- Sizin eşitdiyiniz sözlər hansı dərəcədə pis ifadələr idi?
- İnsanı rənginə görə təhqir etmək olmaz. Onlar peşəkar futbolçulardır və bir-birilərinə hörmət etməlidirlər. Oyunlar gərgin keçir. Sərt mübarizələrin də şahidi oluruq. Amma kimisə təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Çünki bu, belə hadisələrə gətirib çıxarır. Biz istəmirik ki, belə hallarla gündəmdə olaq. Heç vaxt belə hallara görə gümdəmdə olmamışıq. Məğlub olanda da rəqibi təbrik edirik.
- FİFA-nın qaydalarına görə, futbolçu irqçiliyə əl atırsa, ağır cəzalana bilər...
- Futbolçuya cəzanı AFFA və PFL verməlidir. Mən cəza verən deyiləm. Hər şey görünür. Oyun da canlı yayımlanırdı. Mənim deməyimə ehtiyac yoxdur.
Təbriz QULİYEV