AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, iclasda əvəzedici və birinci Divizion klublarıyla bağlı qərarlar qəbul edilib.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun "Qarabağ” – "Neftçi” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. (maddə 40).
Əvəzedici heyətlərin VII turunun "Bakı” – "Araz Naxçıvan” matçında "Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində "Araz Naxçıvan” klubunun 65 №-li futbolçusu Əbülfəz Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub. (maddə 48).
Əvəzedici heyətlərin VII turunun AZAL – "İnter” matçında "İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 500 manat cərimə olunub. (maddə 62).
Azərbaycan I divizionun IV turunun "Energetik” – "Mil-Muğan” matçının 25-ci dəqiqəsində "Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub. (maddə 48).
Azərbaycan I divizionun IV turunun "Turan-T” – "Ağsu” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. (maddə 40).