Azərbaycan çempionatının I divizionunda XVI tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.
"Binə” "Turan Tovuz”la səfər görüşündə böyük hesabla uduzub. "Ağsu” və "Sabah” arasında matçda qonaqlar qələbə qazanıb. "Şüvəlan” isə autsayder "Zaqatala” ilə görüşdə xal itirib – 1:1.
I divizion
XVI tur
"Ağsu” – "Sabah” 0:1
Qol: Məhəmməd Qurbanov, 86
"Turan Tovuz” – "Binə” 3:0
Qollar: Kamil Hüseynov, 1-öz qapısına, Rəhman Musayev, 51, Tuqay Alhüseyni, 90+3
"Şüvəlan” – "Zaqatala” 1:1
Qollar: Nuqzar Kvirtiya, 45-p. – İsmael Kouame, 61









































































