
"Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Zirə" ilə oyunda erkən dəyişikliyə əl atıb.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis fiziki durumu yaxşı olmayan Pablo Podionu debüt matçının 35-ci dəqiqəsində Sərtan Taşkınla əvəzləyib.
Argentinalı yarımmüdafiəçiyə bir neçə dəfə narazılığını çatdıran Maksimov "Zirə"nin qolundakı səhvindən sonra onu əvəzləyib.
Qeyd edək ki, hazırda hesab 1:1-dir.