1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA idman qurğularına ayırdığı vəsaiti açıqladı
AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzinin saxlanmasına ayrılan vəsaitin həcmi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə Hesabatında bu məbləğin 2 milyon 312 min 321 manat təşkil etdiyi bildirilir. Bu vəsaitin 701 min 746 manatı "Bayıl Arena”ya, 655 min 884 manatı "Dalğa Arena"ya, 321 min 999 manatı Bakı Olimpiya Stadionu, 250 min 293 manatı təlim-məşq bazasına, 128 min 100 manatı AFFA Futbol Akademiyasına, 122 min 514 manatı "Bakcell Arena"ya, 68 min 243 manat Ağsu stadionuna, 63 min 542 manatı Binə stadionuna ayrılıb.
Qeyd edək ki, AFFA-nın baş sponsoru SOCAR-dan əlavə daxil olan 2 milyon 670 min manat vəsait federasiyanın vasitəçiliyi ilə Bakı Olimpiya Stadionuna köçürülüb. 2017-ci ildə "Bayıl Stadionu”nda süni örtüyünün dəyişdirilməsinə ehtiyac yaranıb. Süni örtüyünün dəyişdirilməsinə xərclənən maliyyə vəsaiti Bayıl Stadionunun saxlanılması xərcinə daxil edilib.