1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter Arena"dakı "dövlət tədbiri"nin adı məlum oldu
Topaz Premyer Liqasında XIX turun "Keşlə" - "Neftçi" matçının məkanının dəyişdirilmə səbəbi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, oyunun "Bakcell Arena"ya keçirilməsinə səbəb olan dövlət əhəmiyyətli tədbirin deputatlar arasındakı beynəlxalq futbol turniri olduğu üzə çıxıb.
"Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri”nə bu gün start veriləcək. Yarış Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandalarının iştirakı ilə martın 11-dək davam edəcək. Turnirin bütün oyunları "İnter Arena"da olacaq.
Tunirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlamentlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.