Topaz Premyer Liqasında XIX turun daha bir görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması "Bayıl Arena”da debütant "Səbail”lə "Sumqayıt” arasında oynanılıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 69-cu dəqiqədə Amil Yunanov vurub.
Bununla da "Sumqayıt" xallarını 31-ə çatdıraraq, 4-cü pillədə möhkəmlənib. İndi "gənclik şəhəri" təmsilçisi 3-cü yerdə gedən "Zirə"dən cəmi 1 xal geri qalır. "Səbail" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.
Turun son oyunu "Azərsun Arena”da "Qarabağ"la "Zirə" arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ilk yarıda vurulub. Əvvəlcə Dani Kintana, daha sonra Elvin Yunuszadə fərqlənib.
Bu qalibiyyətdən sonra lider "Qarabağ" xallarını 48-ə çatdırıb. "Zirə" isə 32 xalla 3-cü pillədə qalıb.
Topaz Premyer Liqası
XIX tur
10 mart (şənbə)
17:00. "Səbail” – "Sumqayıt” - 0:1
Qol: Amil Yunanov, 69
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bayıl Arena”
19:00. "Qarabağ” – "Zirə” - 2:0
Qollar: Dani Kintana, 23. Elvin Yunuszadə, 35
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”.