"Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Topaz Premyer Liqasının XIX turunda səfərdə "Neftçi”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, qambiyalı futbolçu əvvəlcə oyun haqda danışıb:
- Çətin və maraqlı oyun oldu. Xal qazana bilərdik, amma alınmadı. Rəqib səhvlərimizdən və ələ düşən imkanlardan maksimum yararlandı.
- Məğlubiyyətə səbəb "Keşlə”nin səhvləri oldu, yoxsa bu gün "Neftçi” sizdən daha yaxşı idi?
- Rəqib yaxşı komandadırsa, sənin səhvlərindən mütləq istifadə edəcək. Biz səhv etdik, onlar da yararlandılar.
- Oyundan sonra baş məşqçi, klub prezidenti sizə nə dedi?
- Yuri Maksimov mətbuat konfransında istefa verə biləcəyini söylədi...
Klub prezidenti qələbə qazanmağımızı istəyirdi. Amma alınmadı. Hamı buna görə pis olub. Eləcə də baş məşqçi. Adətən qələbə qazananda hamı rahat olur. Məğlubiyyət isə özü ilə stres gətirir.
- 65-ci dəqiqədə əvəzləndin. Bu, nə ilə bağlı idi?
- Mən 90 dəqiqə oynamağa hazıram. Amma bəzən məcburiyyətdən müəyyən taktiki gedişlər etmək lazım gəlir. Belədə isə bir oyunçunu digəri ilə əvəzləməli olursan. Baş hakim mənə sarı vərəqə göstərmişdi. Bəlkə də "qırmızı” almamaq üçün əvəzləndim.
- Artıq əminliklə deyə bilərikmi ki, Avroliqa üçün yeganə yol kubokdan keçir?
- Artıq çempionatda yer tutub, Avroliqaya vəsiqə qazanmağımız çətin görünür. Kubokda cəmi 2 oyunda qalib gələ bilsək, istəyimizə çata bilərik. Finala çıxsaq, işin böyük hissəsini görmüş olacağıq.