Mayın 13-də İordaniyanın paytaxtı Əmmanda Asiya Futbol Forumu (Soccerex Asian Forum) işə başlayacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iki gün davam edəcək tədbirə baş katibi Elxan Məmmədov da qatılacaq.
O, UEFA rəhbərliyinin təyinatına əsasən, UEFA-nın və Avropa futbol qurumunun prezidenti Mişel Platininin nümayəndəsi olacaq. Ümumilikdə isə forumda 750-dən çox nümayəndə iştirak edəcək. Onların arasında Avropanın aparıcı klublarının rəsmiləri, FİFA İcraiyyə Komitəsinin ən azı 3 üzvü və 12 milli assosiasiya rəhbəri də yer alacaq.
Əsas müzakirə mövzuları 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı, Asiyada sosial məsələlərin həllində futbolun rolu, qadın futbolunun və kommersiya imkanlarının artırılması olacaq.