1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dmitri Nazarovun klubunun büdcəsi açıqlandı
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Ertsgebrige” klubunun 2018/2019 mövsümü üçün büdcəsi açıqlanıb.
Sportnet.az Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hazırda II Bundesliqada çıxış edən klub burada mövqeyini qoruyacağı təqdirə, büdcə 15,5 milyondan çox olacaq. Komanda III liqaya düşəcəyi təqdirdə bu məbləğ 9 milyondan çox təşkil edəcək.
Bu rəqəmlər "Ertsgebrige”nin lisenziyalaşdırma prosesi çərçivəsində Almaniya Futbol Liqasına və Almaniya Futbol İttifaqına təqdim etdiyi sənədlərdə əksini tapıb.
Qeyd edək ki, "Ertsgebrige” hazırda düşmə zonasında qərarlaşıb. Geridə qalan 26 turdan sonra 30 xalla 16-cı pillədə qərarlaşan Aue təmsilçisi sonuncu – 18-ci sıradakı "Kayzerslautern”ni 3 xal qabaqlayır.